Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Tədbirlər
14 Mart , 2020

Yardımlıda "Dost Xonçası"
Novruz bayramı xalqımızın ən gözəl, ən sevimli bayramlarından biridir.Novruz birlik, dostluq, qardaşlıq bayramıdır.Bu bayramın ən gözəl adət və ənənələrindən biri kimsəsizlərə baş çəkmək,onları sevindirməkdir.
Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Aliyev bu ənənəyə sadiq qalaraq Yardımlı rayon mədəniyyət işçiləri adından Yardımlı rayoununda yaşayan xüsusi qayğıya ehtiyacı olan , kasıb, kimsəsiz , tənha ailələrə baş çəkdi ,onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara bayram sovqatı hədiyyə etdi.