Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Tədbirlər
7 Fevral , 2018

     XIV  əsr Azərbaycan  klassik  ədəbiyyatının   görkəmli  nümayəndəsi,   böyük  Azərbaycan  şairi  İmadəddin  Nəsiminin adı  Yaxın  Şərqdə  müdrik  ,  fədakarlıq  və  iradə  rəmzi  kimi  hörmətlə çəkilir.Nəsimi  Azərbaycan  dilində  şeirin  ilk gözəl   nümunələrini   yaradan ,  öz  mütərəqqi  fikirlərini   yüksək   bədii  dillə   ifadə  etməyi  bacaran   qüdrətli   sənətkarlardan  biri  olmuşdur. Şairin  əsl  adı  Əlidir.  O,  1369 –cu ildə  Şamaxı  şəhərində   doğulmuşdur.Atası  Məhəmməd  dövrünün  tanınmış   adamlarından   biri    olmuşdur. İlk  təhsilini  Şamaxı   şəhərində   alan  Nəsimi   xüsusən fəlsəfi  və  dini  cərəyanları  öyrənməyə   həvəs  göstərmiş   ,  Nizami,   Xaqani,  Məhsəti  ,  Fələki ,  Zülfüqar  Şirvani ,  Cəlaləddin  Rumi,  Sədi   və  s.  şairlərin əsərlərini  öyrənmişdir.Nəsimi   Yaxın  Şərqdə  yeni  bir  təriqət ,  Hürufilik  təliminin    əsasını   qoyan   Fəzlullah  Nəimi  ilə  tanış  olmuş    və  bu  cərəyanın  yayılmasında    iştirak  edir.Nəimi  edam  edildikdən   sonra   onun  vəsiyyətnaməsinə  əsasən   Nəsimi   ailə   üzvləri    ilə   birlikdə  İraqa, Türkiyəyə getmiş,  oradan isə    Suriyanın  Hələb şəhərinə   gəlmişdir.1417-ci  ildə   Hələb  ruhaniləri  şairi  dinsizlikdə   günahlandırıb , edam edilərək dərisinin  diri-diri  soyulmasına  fitva  verirlər.

      Nəsimi  özündən   sonra  zəngin  bir  irs   qoyub  getmişdir. Onun   istər  didaktik,  istərsə də məhəbbət  mövzusunda  yazılmış  şeirləri  bu  gün də  öz gözəlliyini   , qüdrətini  saxlayır.Yazıçı  İsa  Hüseynovun   ” Məhşər ”  romanı,  şair  Qabilin  “Nəsimi”  poeması Nəsiminin  həyatından  bəhs  edir.

       Yardımlı  rayon MKS-inin Mərkəzi  kitabxanasında  “İmadəddin  Nəsimi” , “Nəsimi  poeziyası” başlıqlı  güşə   yaradılmışdır.Güşədə şairin  əsərləri,  onun  haqqında  yazılmış məlumat  nəşrləri   öz  əksini  tapmışdır.