Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Görkəmli şəxsiyyətlər
23 Yanvar , 2018

                                       KƏRAMƏT  ƏMİRLİ

Əmirov Kəramət Allahşükür oğlu fevral ayınin 29-u 1960-cı ildə Yardımlı rayonunun Ostair  kəndində dünyaya göz açmışdır. 1975-ci ildə Ostair kənd 8 illik məktəbi bitirib. 1975-1977 -ci ildə Yardımlı rayonu M.F. Axundov adina 1 saylı məktəbin 9-10-cu sinfini bitirib. Elə o vaxtdan ömrünü Sumqayıt şəhərinə bağlayıb. 1979-1982-ci illərdə Sovet ordusu sıralarında Qara dəniz hərbi dəniz donanmasında 1-ci. Dərəcəli serjant kimi hərbi qulluqdan geri dönüb. 1984-1987-ci illərdə Sumqayıt şəhər Politexnik texnikumunu bitirib. (Energetik) 2012-ci ilə kimi Sumqayıt şəhər "Qırmızı Əmək Bayrağı ordenlli" sənaye- tikinti testində Sumqayıt şəhərinin tikintisində çalışmışdır. Müxtəlif mətbu orqanlarında şeirləri dərc olunmuşdur. 2004-cü ildə "Yolum o yerlərə düşmür haçandır", 2006-ci ildə "Yollarıma baxa-baxa qocaldın", 2009-cu ildə "Telli sazım vurğunu" Aşıq Ğulağa Bayramov(Bayriyev)-n keçdiyi həyat yolu .

2010-cu ildə "Tanı Kəraməti" şeirlər kitabları "Adiloglu" nəşriyyatında çap olunmuşdur. Növbəti kitabı çapa hazırlanır. 2006-cı,ildən AYB-nin üzvüdür Ailəlidir, iki oğul atasidir