Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Görkəmli şəxsiyyətlər
23 Yanvar , 2018

                                          Əlisafa Əhmədoğlu

         Əlisəfa Əhmədoğlu 1967 ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində dünyaya göz açıb. Bakı Maliyyə-kredit Texnikumunu bitirib. gənc yaşlarından ədəbi yaradıcılıqla məşğuldur. Şeir məqalələri ilə dövrü mətbuatda daima çıxış edib. Şeirləri "Yarpaqlar", "Dağların söz xəzinəsi","Qayalardan süzülən söz"almanaxlarında,"Açıq dünya" jurnalında, Bakıda və Sumqayıt şəhərində nəşr olunmuş qəzetlərdə çap edilib. Şair Əlisəfa Əhmədoğlu rayonda fəaliyyət göstərən "Dağ çiçəyi" ədəbi birliyinin təsisçisi təşkilatçısıdır. O eyni zamanda "Diril Qurbani"ədbi birliyinin yaranmasında da fəal iştirak edib. Şeirləri,"Yardımlının səsi", "Zirvə" qəzetlərində müntəzəm çap edilir. Ə.Əhmədoğlu eyni zamanda rayonda keçirilən bir çox tədbir və yığıncaqların təşkilatçısı və aparıcıdır. 2017 ci ildə şairin ilk kitabı "Gözlərim səni axtarır" çap edilmişdir. Ə.Əhmədoğlu eyni zamanda Yardımlı Tarix-diyarşünaslıq muzeyinin elmi işçisidir.