Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Görkəmli şəxsiyyətlər
11 Yanvar , 2018

                                                             Həsənov Mehdi

 

            Mehdi Əli oğlu Həsənov  1954-cü il iyul ayının 12-də Yardımlı rayonunun Ostayır kəndində dünyaya göz açmışdır.1961-cü il –ci ilin sentyabrında I sinfə daxil olmuş, 1971- ci ildə M.F.Axundov adına Yardımlı qəsəbə orta məktəbini bitirmişdir.1972-1976-cı illərdə ADPU-nin filologiya fakultəsində oxumuşdur.!976- cı ildən doğma kəndi Ostayırda dil-ədəbiyyat müəllimi vəzifəsində çalışır. 2 dəfə Təhsil Nazirliyinin fəxri fərmanına layıq görülmüşdür.2002-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “ XXI əsrin tanınmış maaarif işçisi” adına layıq görülmüşdür.2003-cü ildə Təhsil Naziri M.Mərdanov M.Həsənova təbrik teleqramı göndərmişdir.

            Azərbaycan Yurnalistlər birliyinin üzvüdür, “ Qızıl qələm”, “Həsənbəy Zərdabi”, “Araz” və “ Xalqın nüfuzlu ziyalısı” adına layıq görülmüşdür.

            Bədii və publistik əsərləri var .1995-ci ildə  “Yada düşər Yardımlı”, 1996 –ci ildə  “Yardımlıdangələn səslər” kitabı nəşr olunmuşdur.2004-cü ildə “İnam” povesti işıq üzü görmüşdür.

            1997-ci ildə Lənkaran şəhərində AMEA-nın xətti ilə keçirilən III Beynəlxalq folklor müşavirəsində “Yardımlı folklorunun xüsusiyyətləri” mövzusunda çıxış etmişdir.1997-ci ildə Azərbaycan radiosunun “Bukaq” verlişi bir nömrəsini M.Həsənovun yardıcılığına həsr etmişdir.

            “ Yeni kənd” qəzetinin  ştatdan kənar müxbiri, “Azərbaycan gəncləri” qəzetinin Yardımlı rayonundakı müxbir postunun üzvü olmuşdur.

            “Zirvə” rayon  qəzetinin redaksiya heyətinin , Yardımlı Ziyalılar Cəmiyyətinin  və Yardımlı Tarix-Diyarşunasılıq Muzeyinin bədii şura üzvü seçilmişdir.

            Yardımlı Təhsil şöbəsində dil-ədəbiyyat müləllimlərinin bölmə sədridir.

            “Yardımlı səsi” qazetinin elan etdiyi müsabiqədə 2011-ci ildə “ İlin yazarı” , 2014-cü ildə İlin təhsil işçisi” adlarına layıq görülmüşdür.

            Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  fəxri diplomuna , Yardımlı RİH-nin bir necə dəfə fəxri fərmanına layiq görülmüşdür.

            Rayon ictimaiyyəti M.Həsənovun 50 və 60 illik yubileylərinin keçirmişdir.Haqqında “Yurd üçün döyünən” kitab nəşr olunmuşdur.

            2014-cü ildə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  M.Həsənov “Tərəqqi” medalına layiq görülmüşdür.