Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Görkəmli şəxsiyyətlər
14 Yanvar , 2018

                                                "Mehralı Mustafa"                                                                                          

    Mustafayev Mehralı Ağaxan oğlu 22.05.1958-ci ildə Əlibayramlı rayonunda anadan olmuşdur.Yardımlı rayonunda böyüyüb boya-başa çatmışdır.1981-ci ildə M.F.Axundov adına rus-dili və ədəbiyyatı İnstitutunu bitirmişdir.1981-90-cı illərdə Rus-dili və Ədəbiyyatı müəllimi işləmiş,1990-2000-ci illərdə müxtəlif məsul vəzifələrdə:Yardımlı Rayon İcra Hakimiyətində baş məsləhətçi,Yardımlı Rayon İcra Hakimiyyətinin Vəlixanlı ərazi nümayəndəsi,1998-2000-ci illərdə, Yenidən Hazırlanma və İxtisasartırma institutu (indiki Müəllimlər İnstitutunda) müəllim işləmişdir.2001-ci ildən Yardımlı rayonu S.N.Abiyev adına Köryədi kənd tam orta məktəbinin direktoru işləmişdir.1978-ci ildən Dövri mətbuatda şeir,hekayə,oçerk və publisistik yazılarla iştirak edir."Heyf Keçən Ömrümüzə","Ağrı","Qəmli İman Çeşməsi idi" kitablarının müəllifidir.XX əsr yazarları ensiklopediyası və bir neçə şeirlər toplusunda çap olunmuşdur."Azərbaycan Yazıçılar Birliyi" və "Azərbaycan Jurnalistlər Birliyinin" üzvüdür.Publisistik yazılara görə Kamil Əliyev adına diploma,"Heyif Keçən Ömrümüzə"şerlər kitabına görə "Qızıl Qələm" mükafatına layiq görülmüşdür.