Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Rayon haqqında
16 Yanvar , 2018

                                                                  TARİXİ  ABİDƏLƏRİ

       Rayonun kəndlərində 54 Məscid vardır. Lakin həmin məscidlər dövlət qeydiyyatına götrülməmişdir. Rayonda Kilsə yoxdur. Anzov kəndində “Ocaq”, Yardımlı şəhərində “Seyid Xürrəm”, Alar kəndində “Baba Pirəli”, Perinbel kəndində “Xəlfə Qiyas”, Yolocaq kəndində “Yel ocaq türbəsi”, Arus kəndində “Abidərdə” türbəsi, Sırıq kəndində “Ocaq” əhalinin inanc yerləri kimi tanınır.

      Yardımlı ərazisində “Alar mağarası”, Nisəqala yaxınlığındakı “Dik altdıq” köyülləri (kahaları), Qaraqayadakı “Dəlikli daş” mağarası, Məceyirdəki “Ayı lüncü”, Qaraqayadakı “Qızbala” köyülü, Köhnəqışlaq və Qaravuldaş mağaraları qədim insan düşərgələri olmuşdur.

            

      Erkən orta əsrlərə aid Perinbel ətrafında “Bəhlulyar”, Cerinbeldə “Cərcəbil”, Demanda “Fərhadxan” qəsri, Arus ətrafında “Şəhristangi”, Qızıldağda “Avarağ”, Daşkənddə “Moran” şəhər xarabalıqları mövcuddur. 

     Ökü kəndindəki “Xan çinarı”nın təxminən 1500 il yaşı var.Ağacın gövdəsinin diametri  6 metr, hündürlüyü isə 20 metrə yaxındır.

    1982-ci ildə Yardımlı ərazisində 7-yə dək ağac qeydə alınmışdır. Ökü,Urağaran, Avun, Horonu və Çayüzü çinarı; Ökü kəndində iki ədəd Azat(nil) ağacı 1987-ci ildə Çayüzü çinarı güclü külək nəticəsində sıradan çıxmışdır.

        Təbiətin abidələr seryasına daxil olan Dəlləkli çinarının 400 ilə yaxın yaşı var. Şah Abbasın sifarişi ilə karvan yolları boyunca əkilən bu nadir  “Şərq çinarı” təəssüf ki, qeydə alınmamışdır.

        Rayon Tarix Diyarşünaslıq Muzeyindəki Eksponatlar rayonun ərazisinin çox qədim olduğunu göstərir. İndiki Ostayır ərazisindəki  Avaraq adlı sahədən tapılmış “Daş balıq” adlandırılmış eksponat həmin müzeydə saxlanılır. Mütəxəsislərin dediylərinə görə həmin eksponat 25 milyon illik tarixə malikdir.

                       

        Rayonun ərazisində 92 Tarix və Mədəniyyət dövlət qeydiyyatına alınmışdır. Onların 51-i ölkə, 41-i isə yerli əhəmiyyətli abidələrdir. Abidələrin tam əksəriyyəti arxeoloji  abidələrdir. Tunc, daş və dəmir dövrünə aid abidələr rayonun ərazisində olduqca çoxdur. Eramızdan əvvəl v-ııı minilliklərə aid maraqlı abidələr vardır.