Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS
Rayon haqqında
10 Yanvar , 2020

                                                                   

                                                             04 sentyabr  2013-cü il

04 sentyabr 2013 -cü il tarixdə Prezident  İlham Əliyev 3-cü dəfə Yardımlı rayonuna səfər etmişdir.Səfər zamanı Prezident  əhali ilə görüşmüş , bir sıra obyektlərin açılışında  iştirak etmişdir .

  

 

     Dövlət başçısı şəhər mərkəzində tikilmiş Heydər Əliyev Mərkəzininin açılışında iştirak edərək,  binanın rəmzi açılış lentini kəsmişdir.Sonra , Prezident Ulu öndərin abidəsi önünə gül dəstəsi qoymuşdur.

 

    

    

 

Prezident İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibəti ilə Gənclər parkında təşkil olunan mərasimdə iştirak edib və içməli suyun verilməsini bildirən düyməni basıb.

 

 

Dövlət başçısı İ.Əliyev Yap Yardımlı rayon təşkilatının yeni tikilmiş, binasının açılışında iştirak etmiş, binada  yaradılmış iş şəraitlə yaxından tanış olmuşdur.

    

 

     Prezident  İlham Əliyev həmin gün rayonun 23 yaşayış məntəqəsini əhatə edən Yardımlı -Deman -Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edərək , yolun rəmzi açılışnı bildirən lenti kəsib.

   

 

 

                                                                      23 oktyabr  2006 -cı  il

 

  Prezident Ilham Əliyev cənəblarının Yardımlıya ikinci səfəri 2006 -ci ilin oktyabr ayının 23-də olmuşdur. Prezidentin bu səfəri yardımlılar üçün daha yaddaqalan olmuşdur. Uzun illərin problemi olan 52 km-lik Yardımlı-Masallı yolu tikilib başa çatdırılmış, illərlə rayon sakinlərinin həsrətində olduğu qaz xətti rayona çəkilərək istifadəyə verilmişdir.                                                                                                        Yol və qazın açılışını edən cənab Prezident Yardımlının yaxın zamanlarda regionun ən qabaqcıl rayonundan biri olacağını söyləmişdir.Həmin tapşırıqların icrası olaraq son illər rayonda 42 məktəb binası tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.Rayon mərkəzi xəstəxanası əsaslı təmir olunmuş , şəhər parkı salınmış , kəndarası yollar təmir olunmuşdur.

                                

 

                                                             

 

                                                                    9 sentyabr  2005 -ci il 

 

     Regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin Yardımlıya ilk gəlişi bir sıra sosial obyektlərin açılışı ilə yadda qalmışdır.Rayonda tikilib istifadəyə verilmiş Heydər Əliyev parkı, Heydər Əliyev muzeyi, Şəhər mərkəzində yenicə istifadəyə verilmiş Xalça və Tikiş sexi, Uşaq bağçası, rayon mərkəzində tikilmiş bazar, yenidən qurulmuş stadion prezidentin ilk gəlişi zamanı açılmış və Yardımlı camaatının istifadəsinə verilmişdir.